
Feysbukun işçiləri şirkətin binasına daxil ola bilmirlər. Onlar sosial şəbəkənin işində yaranan problemi öyrənmək üçün şirkətin ofisinə gəliblər, lakin binaya daxil ola bilməyiblər. Bu barədə məlumat verən "Nyu York Tayms"ın müxbiri Şira Frenkel işçilərin binaya giriş kartının şirkətin qapılarını açmadığını söyləyib.



























