SON DƏQİQƏ
» » Avropada qazın qiyməti ilk dəfə 1200 dolları keçdi

Avropada qazın qiyməti ilk dəfə 1200 dolları keçdi

Tarix:

4-10-2021, 23:41

/ 1 377 dəfə oxundu.
Avropada qazın qiyməti ilk dəfə 1200 dolları keçdi

Oktyabrın 4-də keçirilən ticarət sessiyasında Avropadakı qazın qiyməti tarixi rekordunu bir daha yeniləyib və 1 000 kubmetr üçün 1200 ABŞ dollarını ötüb.

Bu barədə GunAz.az "TASS”a istinadən xəbər verir. Belə ki, Niderlandın TTF onlayn qaz satışı mərkəzindəki noyabr fyuçersləri 1 000 kubmetr üçün 1 200,36 ABŞ dollara (hər mVt/saat 99,99 avro) satılıb. Bildirilir ki, "Qazprom”un qaz ixracı həcmlərindəki dəyişikliklər Avropada ciddi reaksiyalara səbəb olur.

 

Xatırladaq ki, sentyabrın 27-də "Qazprom” şirkəti Macarıstan dövləti ilə 2036-cı ilədək qaz tədarükünü nəzərdə tutan 2 müqavilə imzalayıb. Müqavilələrə əsasən Rusiya şirkəti illik 4,5 milyard kubmetr qaz satacaq və bu qaz Macarıstan ərazisindən keçməklə Serbiya və Avstriyaya ixrac ediləcək.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ