SON DƏQİQƏ
» » Serbiya və Kosova razılaşdı: ordu geri çəkildi

Serbiya və Kosova razılaşdı: ordu geri çəkildi

Tarix:

2-10-2021, 23:44

/ 1 333 dəfə oxundu.
Serbiya və Kosova razılaşdı: ordu geri çəkildi

Brüsseldə Avropa Birliyinin vasitəçiliyi ilə Serbiya və Kosova nümayəndələri ilə ayrı-ayrılıqda aparılan danışıqlar müsbət nəticələnib.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Razılığa əsasən, hər iki ölkə sərhədində yerləşdirilən qoşunlar eyni vaxtda geri çəkilib.

Bölgəyə Kosovadakı NATO liderliyindəki beynəlxalq barışıq qüvvələrinin (KFOR) yerləşdirildiyi bildirilir.

Xatırladaq ki, Kosova Serbiya nömrə nişanlı avtomobillərin ölkəyə girişini dayandırmışdı. Serbiya Prezidenti Aleksandr Vuçiç də Kosova hökumətinin belə bir addım atmasına etiraz etmişdi.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ