SON DƏQİQƏ

Türkiyənin yeni PUASI- BAHA

Tarix:

2-10-2021, 20:50

/ 4 268 dəfə oxundu.
Türkiyənin yeni PUASI- BAHA

Türkiyənin HAVELSAN şirkəti yeni pilotsuz uçuş aparatı - "Baha”nı sınaqdan keçirib.

Bu barədə şirkətin vitse-prezidenti Muhiddin Solmaz məlumat verib.

O bildirib ki, şaquli qalxma-enmə qabiliyyətinə malik "Baha” PUA-sı təhlükəsizlik qüvvələrinin müşayiəti ilə sərhəddə ilk sınağını uğurla başa vurub:

"Baha”nın çəkisi 30 kiloqrama bərabərdir. Bununla yanaşı 5 kiloqram əlavə yük götürmə qabiliyyətinə malikdir. Bundan başqa, PUA buludlu havada da fəaliyyət göstərə bilir. Bu PUA-lar əsasən sərhəd ərazilərdə missiyalarını yerinə yetirəcəklər. "Baha” 7 min 500 fit yüksəklikdə uça bilir. Bundan başqa, kəşfiyyat-müşahidə məqsədli görüntüləri çəkib mərkəzə ötürə bilir. Fəaliyyəti zamanı müdaxilə olunarsa, buna qarşılıq vermək qabiliyyətinə malikdir. Ümumilikdə, 2022-ci ilin ortalarında məqsədimizə nail olacağımıza əminəm

скачать dle 12.1

Şərhlər