SON DƏQİQƏ

Saakaşvilinin evli olması üzə çıxdı

Tarix:

2-10-2021, 08:02

/ 4 204 dəfə oxundu.
Saakaşvilinin evli olması üzə çıxdı

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Ukraynanın Ali Radasının deputatı Liza Yasko ilə evli olması üzə çıxıb.

Bu barədə videoyazını xanım deputat feysbuk səhifəsində paylaşıb.

Videoda M.Saakaşvili deyib ki, hamını Liza ilə bir yerdə olması barədə məlumatlandırmağa qərar verib: "Biz yeni həyat, yeni ailəyə başlayırıq... İstəyirik ki, hər kəs bizim vəziyyəti anlasın və bizə xoşbəxtlik arzulasın”.

 

Qeyd edək ki, Gürcüstanın sabiq dövlət başçısı 1990-cı illərin ortalarından Sandra Rulofsla evli olub. Onların iki oğlu var. Cütlüyün boşanması barədə məlumatlar ictimailəşdirilməyib.

53 yaşlı M.Saakaşvili və 31 yaşlı L.Yasko arasında eşq macərasının yaşanması barədə məlumatlar ötən ilin əvvəlində Ukrayna mətbuatında yer alsa da, onların heç biri bunu təsdiqləmirdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ