SON DƏQİQƏ

Saakaşvili 6 il həbs edilə bilər - RƏSMİ

Tarix:

1-10-2021, 23:48

/ 1 456 dəfə oxundu.
Saakaşvili 6 il həbs edilə bilər - RƏSMİ

Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixeil Saakaşvilinin saxlanılması ilə əlaqədar rəsmi məlumat yayıb.

GunAz.az xəbər verir ki, Prokurorluq Saakaşvilinin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həbs olunduğunu bildirib.

 

Qeyd olunur ki, keçmiş prezident barəsindəki məhkəmə qərarlarının icrası üçün müvafiq penitensiar müəssisəyə yerləşdirilib.

Prokurorluq, həmçinin Saakaşviliyə qarşı irəli sürülən ittihamları da açıqlayıb. Qeyd olunub ki, Valeria Gelaşvili və Sandro Qirqvlianiyə qarşı fikizi zorakılıq tətbiq etdiyi müəyyən edilən Saakaşviliyə hər üç instansiya məhkəməsi tərəfindən 6 il müddətinə həbs cəzası verilib.

Bundan başqa sabiq prezident "İmedi” telekanalına basqın təşkil etməkdə, həmçinin, Patarkatsişvili ailəsinin mülkərini mənimsəməkdə və Dövlət Xüsusi Mühafizə Xidmətinin təxminən 9 milyon lari məbləğində vəsaitini şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham edilir.

21:13

Gürcüstanın saxlanılan sabiq prezidenti Mixail Saakaşvili qiyabi olaraq 9 il azadlıqdan məhrum edilib.

GunAz.az "RİA Novosti”yə istinadən xəbər verir ki, prokurorluğun məlumatına əsasən, Saakaşvili bankir Sandro Girqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işi üzrə qiyabi məhkum edilib. O, birinci hala görə 3, ikinci hala görə 6 il azadlıqdan məhrum olunub.

Bundan başqa, Saakaşvili 7 noyabr 2007 -ci il müxalifətin mitinqinin dağıdılması, "İmedi” telekanalının dağıdılması və dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi işlərində təqsirləndirilir. Hazırda bu işlərə məhkəmələr baxır, hələlik heç bir hökm verilməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ