
İranın cənub-qərbindəki Buşehr vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
Tehran Universiteti Seysmologiya Mərkəzinin yaydığı məlumata görə, episentri Buşehr vilayətnin Günavə rayonunda olan zəlzələ yerli vaxtla saat 04:45-də qeydə alınıb.
Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Yeraltı təkanlardan sonra bölgəyə axtarış-xilasetmə qrupları göndərilib. İndiyə qədər 4 nəfərin yaralandığı açıqlanıb.



























