SON DƏQİQƏ
» » Putinin Türkiyənin Qarabağdakı rolu ilə bağlı vurğusu...

Putinin Türkiyənin Qarabağdakı rolu ilə bağlı vurğusu...

Tarix:

29-09-2021, 23:24

/ 1 342 dəfə oxundu.
Putinin Türkiyənin Qarabağdakı rolu ilə bağlı vurğusu...

Türkiyə və Rusiya prezidentləri Rəcəb Təyyub Ərdoğanla Vladimir Putin arasında Soçidə başa çatan görüşdə liderlər Qarabağla bağlı da fikir mübadiləsi aparıblar. Kreml sahibi görüşün mətbuat üçün açıq hissəsində Türkiyənin Qarabağ məsələsində müsbət roluna bu cümlə ilə işarə edib: "Qarabağdakı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi aktiv şəkildə fəaliyyət göstərir və bölgədə sabitlik üçün ciddi zəmanətidir”. Vladimir Putin bu əməkdaşlığı sabitliyin və barışığa yönəlmiş gələcək addımların müəyyənləşdirilməsi üçün tərəflərin mövqelərinin razılaşdırılmasının ciddi təminatı adlandırıb.

GunAz.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ərdoğanla Putin arasında bu gün Soçidə keçirilən görüşü şərh edərkən qeyd edib.

O bildirib ki, Rusiya prezidenti Türkiyənin Qarabağ məsələsindəki rolunu bir daha qeyd edib:

"Kreml sahibi anlayır ki, Rusiya keçmiş illərdən fərqli olaraq, bölgədə Türkiyənin maraqlarını nəzərə almadan hərəkət edə bilməyəcək. Ancaq Putin eyni zamanda Türkiyənin də Rusiyanın Cənubi Qafqazdakı maraqlarıyla hesablaşmasını istəyir.

Aydındır ki, Kreml Azərbaycanın və Türkiyənin maraqlarını tam şəkildə nəzərə almayacaq və bir görüşlə bütün suallara cavab vermək mümkün deyil. Buna baxmayaraq, Soçidə Türkiyə və Rusiya prezidentlərinin növbəti görüşü Azərbaycanın maraqlarına cavab verir. Bu görüşlərin mütəmadi keçirilməsi və liderlər arasında telefon danışıqları tərəflərin bir-birindən asılılığını artırır. Əlbəttə, hər iki dövlətin liderinin baxışlarında fərqlər də var, ancaq önəmli olan dialoqun davam etməsi və ortaq nöqtələrin tapılmasıdır”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ