SON DƏQİQƏ

Ermənilər bu yolu bağladı- Nə baş verir?

Tarix:

16-09-2021, 12:42

/ 4 217 dəfə oxundu.
Ermənilər bu yolu bağladı- Nə baş verir?

İcmaların genişləndirilməsinə etiraz edən Ermənistanın Göyçə (Geqarqunik) vilayətinin Şişqaya (Geqamasar) kəndinin sakinləri Söyüdlü (Sotk) – Basarkeçər (Vardenis) yolunu bağlayıblar.

Yolu açmağa çalışan polislərlə sakinlər arasında qarşıdurma yaranıb. Etirazçılar yolu öz maşınları ilə bağlayıblar.

Etirazçılardan biri bildirib ki, taksinin bir gedişinin qiyməti 2 min dramdır (təxminən 5 dollar) və hər hansı bir sənədin düzəldilməsi üçün insanlar taksiyə təxminən 10 min dram pul xərcləyirlər:

"Əgər bu məsələ təkcə 18 kəndə şamil olunacaqsa, o zaman digərləri necə olacaq? Yolu açmırıq. Belə alınmasa, İrəvana yollanacağıq. Nə normal maaş ödənilir, nə kartof, nə mal-qara, nə ət verilir. Nə qədər olar?!”

скачать dle 12.1

Şərhlər