
İrana qanunsuz yollarla nüvə avadanlığı göndərən Almaniya vətəndaşı həbs edilib.
Bu şəxs İrana Avropa Birliyinin sanksiyalar siyahısındakı avadanlıqları verməkdə təqsirləndirilib.
Alman polisi həmin şəxsin əlaqəli olduğu 11 fərqli nöqtəyə əməliyyat keçirib. Nəticədə AB tərəfindən qara siyahıya alınan İran şirkətinə nüvə və raket praqramlarının həyata keçirilməsi üçün 1,3 milyon dollar dəyərində avadanlıq göndərdiyi məlum olub.