SON DƏQİQƏ
» » İrəvan hərbi toplanış elan etdi- Nə baş verir?

İrəvan hərbi toplanış elan etdi- Nə baş verir?

Tarix:

7-09-2021, 16:32

/ 4 146 dəfə oxundu.
İrəvan hərbi toplanış elan etdi- Nə baş verir?

Ermənistan hökumətinin qərarı ilə sentyabrın 15-dən dekabrın 15-nə kimi ehtiyatda olanların növbəti hərbi toplanışı keçiriləcək.

Toplanışda ehtiyatda olan sıravi hərbi qulluqçular, gizir və zabitlər iştirak edəcək.

Ehtiyac yaranacağı təqdirdə toplanışda iştirak edənlərin döyüş növbətçiliyinə cəlb olunacaqları bildirilib.

Hərbi toplanış ehtiyatda olanların yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədi ilə həyata keçirilir. Toplanış müddətində iştirakçılar əsgər hesab olunacaq və hərbi qulluqçuların bütün təminatlarından yararlana biləcəklər.

Qeyd edək ki, hazırda Ermənistanda analoji toplanış avqustun 25-də başlayıb və noyabrın 25-nə kimi davam edəcək.

скачать dle 12.1

Şərhlər