SON DƏQİQƏ

Məşhur aktyor vəfat etdİ

Tarix:

6-09-2021, 19:27

/ 3 692 dəfə oxundu.
Məşhur aktyor vəfat etdİ

Məşhur fransalı aktyor Jan-Pol Belmando vəfat edib.

Bu barədə onun vəkili məlumat yayıb.

Aktyor 88 yaşında dünyasını dəyişib.

1933-cu ildə Parisdə dünyaya gələn aktyor 1957-ci ildə ilk filminə çəkilib. Ona məşhurluğu isə Jan-Lyuk Qodarın "Son nəfəsdə” filmi gətirib. Bundan sonra bir çox macəra və komediya filmlərində yer alan aktyor ümumilkdə 81-dən çox filmdə oynayıb.

O, ən yaxşı kişi roluna görə 1989-cu ildə "Sezar” mükafatı laureatına, 2011-ci ildə "Qızıl Palma budağı" mükaftına, 2016-cı ildə isə "Qızıl şir" mükafatına layiq görülüb. Fəxri Legion ordeninin komandoru olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ