SON DƏQİQƏ

ABŞ geri çəkildi- Bəs İran nə edəcək?

Tarix:

31-08-2021, 09:04

/ 4 325 dəfə oxundu.
ABŞ geri çəkildi- Bəs İran nə edəcək?

ABŞ-ın İraqla müqaviləsi var, ona görə də onun geri çəkilməsi bir daha geri gəlməyəcəyi anlamına gəlmir. Çəkildikdə hara gedirlər? Küveyt, Qətər və İordaniyadakı bazalarına qayıdırlar. Bu səbəbdən ABŞ-ın İraqdakı əsgərlərini bu ölkələrdə cəmləşdirməsinin bir fərqi yoxdur. Çünki istədiyi vaxt hava əməliyyatları aparmaq potensialına malikdir.

Bunu türkiyəli siyasi ekspert Ramazan Bursa deyib.

"ABŞ-ın qoşunlarının İraqdan çıxarılması İranın dolduracağı boşluq yaratmır. İran İraq üzərində böyük təsirə malik çox güclü bir ölkədir və ABŞ da gücünü qoruyub saxlayır. Bu səbəbdən bundan sonra İraq üzərində ABŞ-İran münaqişəsi daha çox siyasi mübarizələrə əsaslanacaq. Əfqanıstanda İran 2015-ci ildən sonra Talibanla münasibətləri inkişaf etdirdi. Bu əlaqələr sonradan Taliban nümayəndə heyətinin İrana səfəri ilə nəticələndi. Taliban Əfqanıstanın şiə əhalisinin yaşadığı bölgələrə heç bir qarşıdurma olmadan razılaşma yolu ilə girdi. Aparıcı əfqan şiələri də bir neçə gün əvvəl Kabildə Taliban heyəti ilə görüşdülər və Taliban tərəfindən yaradılacaq hökuməti dəstəkləyəcəklərini bildirdilər. İran İnqilab Keşikçiləri Korpusuna bağlı Qüds qüvvələrinin komandanı İsmayıl Qaani Əfqanıstanda əlaqələri inkişaf etdirdi. Ancaq bu əlaqələrin keyfiyyətinə və dərəcəsinə baxdıqda, İraq və Suriya ilə müqayisə etdikdə İranın o qədər də qətiyyətli olmadığını görürük.

ABŞ, Çin və Rusiyanın Əfqanıstanda yeni siyasi sistemin formalaşmasında və ticarətin yenidən qurulmasında təsirli olacağını düşünürəm. İran təsirli olmaq və Əfqanıstanda ticarət aparmaq istəsə, Rusiya və Çinlə əməkdaşlıq edəcək. Bunun əlamətlərini də görürük", - R.Bursa qeyd edib

скачать dle 12.1

Şərhlər