
ABŞ -da aparılan bir araşdırma nəticəsində Günəşdə meydana gələ biləcək partlayışların və fırtınaların dünyada internetin günlərlə kəsilməsinə səbəb ola biləcəyi qənaətinə gəlinib.
Kaliforniya Universitetinin İT mütəxəssisi Sangeetha Abdu Jyothi planetimizin qlobal internet kəsilməsi təhlükəsi ilə üzləşdiyini açıqlayıb.
Mütəxəssis belə bir hadisənin 10 il ərzində baş verə biləcəyini istisna etməyib.