
İran İsraili Tehranla bağlı istənilən avantürizmdən uzaq durmağa çağırır.
Bunu İranın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Zəhra Ərşadi deyib. Onun sözlərinə görə, İsrailin İranın nüvə obyektlərinə düşünülmüş formada hücumu özündə nüvə terrorizmini ehtiva edir.
O, İsrailin bununla beynəlxalq hüququ pozduğunu bildirib.