SON DƏQİQƏ

Talibandan qadınlarla bağlı şok sözlər

Tarix:

27-08-2021, 09:00

/ 4 232 dəfə oxundu.
Talibandan qadınlarla bağlı şok sözlər

Gələcəyi qurmaq və keçmişdə olanları unutmaq istəyirik.

Bu sözləri Taliban sözçüsü Zabiullah Mücahid deyib.

"Talibanın qadınları evə qapatmaq və tam qapanmağa məcbur edəcəyi ilə bağlı deyilənlər əsassızdır. İctimai yerlərdə kişilərin qadınlarla yanaşı olması məcburiyyəti də yanlış anlaşılıb. Bu, daha uzun səfərlər üçün keçərlidir. Qadınların məktəb, universitet, işə getdiyinə görə kişilərə ehtiyacı olmayacaq”, - deyə Mücahid bildirib.

Daha öncə əfqanların Kabil aeroportuna girişinin qadağan ediləcəyini bildirən Mücahid güzəşt ediləcək şəxslərdən də danışıb:

"Müvafiq sənədləri olan əfqan vətəndaşlar ölkəni tərk edə bilər”.

Taliban nümayəndəsi ictimai yerlərdə musiqinin qadağan olunduğunu da bir daha xatırladıb:

"Musiqi islamda haramdır. Amma bu barədə insanlara təzyiq etməyəcəyik, inandırmağa çalışacağıq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ