
Qazaxıstanın Jambul vilayətinin Taraz şəhərində hərbi hissənin anbarında yanğın, ardınca isə partlayış baş verib.
GunAz.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Naməlum predmetlərin partladığı bildirilib.
Yanğının söndürülməsinə Fövqəladə Hallar İdarəsinin yanğınsöndürmə briqadaları cəlb edilib.
***
Partlayış nəticəsində təxminən 30 nəfər xəsarət alıb.
Bu barədə Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, xəsarət alanlar Fövqəladə Hallar İdarəsinin əməkdaşları və hərbçilərdir.