SON DƏQİQƏ

Bu hava limanı 3 saatlıq bağlandı

Tarix:

21-08-2021, 14:10

/ 4 446 dəfə oxundu.
Bu hava limanı 3 saatlıq bağlandı

Türkiyənin Trabzon hava limanı 3 saatlıq bağlanıb.

Hava limanının uçuş-enmə zolağındakı nasazlıq səbəb olub. Belə ki, uçuş-enmə zolağında qəfildən iri çatlar əmələ gəlib.

Havada olan və Trabzona enməyə hazırlaşan 2 təyyarə isə Ordu Hava Limanına istiqamətləndirilib.

Yenicə təmirdən çıxan uçuş-enmə zolağında təzədən təmir işləri aparılıb və 3 saat sonra hava limanı fəaliyyətini bərpa edib.

скачать dle 12.1

Şərhlər