
Qambiyada uşaq iflici virusu aşkarlanıb. Bu barədə Qambiya Səhiyyə Nazirliyi məlumat yayıb. Hökumət epidemiyanı dayandırmaq üçün peyvənd kampaniyası hazırlayıb. Qeyd edək ki, indiyədək Uqanda, Benin, Burkina-Faso, Kamerun, Efiopiya, Mali, Niger, Çad və Sudan kimi ölkələrdə uşaq iflici virusu aşkar edilib.



























