SON DƏQİQƏ
» » Əfqan qızın bu videosu dünyada trend oldu - VİDEO

Əfqan qızın bu videosu dünyada trend oldu - VİDEO

Tarix:

17-08-2021, 08:32

/ 2 733 dəfə oxundu.
Əfqan qızın bu videosu dünyada trend oldu - VİDEO

Sosial media platforması olan "Twitter"də əfqanıstanlı aktivist Masih Alinejad tərəfindən yerləşdirilən video dünyada trend olub.
GunAz.az xəbər verir ki, dünya Talibanın Əfqanıstanı ələ keçirməsindən danışarkən sosial mediada bir video yayılıb. 
Əfqanıstanlı qız, aktivist Masih Alinejadın "Twitter"də yerləşdirdiyi videoda qızın ağlayarkən verdiyi açıqlama ilə hər kəsin ürəyinə toxunub.
Dünya gündəminə damğa vuran görüntülər sosial mediada sürətlə yayılarkən, əfqan gənc qızın videosu milyonlarla insan tərəfindən izlənilib. 
Masih Alinejadın Twitter-də yerləşdirdiyi videoda naməlum gənc qız gözyaşlarına boğulub və bu ifadələri işlədib:
"Əfqanıstanda doğulduğumuz üçün heç kim bizimlə maraqlanmır. Ağlamaqdan özümü saxlaya bilmirəm. Hamımız yavaş -yavaş öldürüləcəyik".
Naməlum əfqan qızının videosunu qısa müddətdə 2 milyona yaxın insan izləyib.Azxeber.com 
Həmin görüntünü təqdim edirik:
 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ