
Güclü yağışlar Rusiyanın Krasnodar diyarında 29,3 min sakinin elektrik enerjisinin kəsilməsinə səbəb olub.
GunAz.az-ın TASS-a istinadə verdiyi məlumata görə, bu barədə Rusiya Energetika Nazirliyinin saytında bildirilib.
Enerji təchizatının bərpası üçün işlər aparılır, bu işlərə 10 müvafiq xidmətin briqadası cəlb edilib. Ölkənin Energetika Nazirliyi vəziyyəti xüsusi nəzarətdə saxlayır.
Daha əvvəl Krasnodar diyarının bir sıra bölgələrində mezosiklon səbəbiylə şiddətli yağıntıların gözlənildiyi, bölgənin bəzi ərazilərində artıq fövqəladə rejimin tətbiq edildiyi barədə məlumat yayımlanıb.



























