SON DƏQİQƏ

Atatürkə aid olan əsa satışa çıxarıldı

Tarix:

13-08-2021, 12:18

/ 4 310 dəfə oxundu.
Atatürkə aid olan əsa satışa çıxarıldı

Mustafa Kamal Atatürkə aid olan əsa hərraca çıxarılıb.

1932-ci ildə Şah Rıza Pəhləvi tərəfindən Mustafa Kamal Atatürkə hədiyyə olaraq hazırlanmış 92 santimetr uzunluğunda olan əsa auksion evində satışa qoyulub.

Belə ki, Atatürk təsvirinin yanında Şah Rıza Pəhləvi, Cəmşid, Keykavus və Behmen kimi liderlərin təsvirlərini özündə cəmləşdirən əsanın gəliri Türk Təhsil Vəqfinə bağışlanacaq.

Auksionu təşkil edən Hüseyin Kocabaş, hərraca çıxarılan əsasının ən dəyərli və seçilən bir sənət əsəri olduğunu vurğulayıb.

Qeyd edək ki, satışın qiyməti açıqlanmayıb.

скачать dle 12.1

Şərhlər