SON DƏQİQƏ
» » Türkiyədə sel qurbanlarının sayı durmadan artır

Türkiyədə sel qurbanlarının sayı durmadan artır

Tarix:

12-08-2021, 19:39

/ 4 205 dəfə oxundu.
Türkiyədə sel qurbanlarının sayı durmadan artır

Türkiyənin Qara dəniz sahilindəki Kastamonu əyalətində sel nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, 1 nəfər Bartında itkin düşüb.

Baş verən təbii fəlakət bölgəsində 600-dən çox insan təxliyə edilib, 300-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb. Kastamonu əyalətinin Bozqurd şəhərində bir neçə çoxmərtəbəli bina sel səbəbindən çöküb, xilasedicilər dağıntılar üzərində işləyir.

***

Türkiyədə sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 11-ə çatıb.

Məlumata görə, 1 nəfər itkin düşüb.

Hazırda axtarışlar davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ