SON DƏQİQƏ

Hulusi Akarın Bakıya mesajı

Tarix:

12-08-2021, 11:27

/ 4 148 dəfə oxundu.
Hulusi Akarın Bakıya mesajı

Türkiyə və Pakistan birlikdə fərqli coğrafiyalarda sülhün və sabitliyin bərqərar edilməsi istiqamətində strateji müttəfiq və qardaş dövlətlər olaraq bugün birgə hərəkət edirlər. Əfqanıstanda vəziyyətin hər keçən gün daha da ağırlaşdığı bir məqamda cənab Hulusi Akarın Pakistana səfərini çox vacib və əhəmiyyətli hesab edirəm.

Bunu açıqlamasında Pakistanın Azərbaycan və MDB ölkələri üzrə mütəxəssisi dr. Mahmud Həsən deyib. Onun sözlərinə görə, ABŞ əsgərləri Əfqanıstanı tərk etməyə başladıqdan sonra Taliban terror təşkilatı öz təcavüzkarlığını artırıb:

"ABŞ Əfqanıstanı tərk etməyə başladıqdan sonra Taliban bir-birinin ardınca böyük şəhərləri ələ keçirməyə başlayıb. Bildiyimiz kimi hazırda Kabil Beynəlxalq Hava Limanı Türkiyənin hərbi birləşmələrinin nəzarəti altındadır. ABŞ və NATO-nun bu məsələdə bizim ölkələrimizə ehtiyacı var. Türkiyə də öz növbəsində Əfqanıstanda fəaliyyətini Pakistanla birlikdə davam etdirmək istəyir. Hulusi Akarın səfərində əsas məqsədlərdən biri Əfqanıstandakı əməkdaşlıq məsələlərini müzakirə etməkdir”.

Ekspertin sözlərinə görə, Türkiyə, Pakistan və Azərbaycanın strateji əməkdaşlığı bir sıra məsələlərdə balanslaşdırma xarakteri daşıyır. Bu səfərlə həm də müəyyən mərkəzlərə önəmli mesajlar verilir:

"Türkiyə, Pakistan və Azərbaycan qardaş dövlətlər olmaqla yanaşı, həm də strateji müttəfiqdirlər. Hulusi Akarın bu səfəri hər üç ölkənin təhlükəsizlik maraqlarını qorumaq baxımından çox önəmlidir. Digər tərəfdən səfər geosiyasi və geostrateji maraqlarımıza zərbə vurmağa çalışan güclərə mesaj xarakteri daşıyır

скачать dle 12.1

Şərhlər