
İranda rusdilli telekanal açmaq imkanı müzakirə edilir.
Bu barədə Qorçaçov İctimai Diplomatiya Fondunda keçirilən müzakirələr zamanı İranın Moskvadakı səfiri Kazım Cəlali danışıb.
Səfir İranda fərqli dillərdə bir çox kanal olduğunu, ancaq rus dilində kanal olmadığını qeyd edib.
"İndi İran ərazisində rusdilli bir kanal yaratmaq üçün müvafiq şəxslərlə danışırıq”, - deyə diplomat vurğulayıb.