SON DƏQİQƏ

Ankaradan sərt mesaj- Bura sığınacaq deyil

Tarix:

10-08-2021, 09:40

/ 4 536 dəfə oxundu.
Ankaradan sərt mesaj- Bura sığınacaq deyil

Türkiyə heç kim üçün sığınacaq düşərgəsi deyil".

Bunu Ədalət və İnkişaf (AK) Partiyasının sözçüsü Ömər Çelik mətbuata açıqlamasında deyib.

"Türkiyə ölümdən qaçan insanlara qucaq açır. Bundan sui-istifadə edilməsinə qətiyyən icazə vermərik. Türkiyə heç kim üçün qaçqın düşərgəsi deyil. Türkiyə bundan sonra daha çox köç yükünün öhdəsindən gələ bilməyəcək. Ölkənin sərhəd məntəqələrini qoruma qabiliyyəti güclüdür", - deyə Çelik bildirib.

Bildirək ki, keçən həftə ABŞ bəzi əfqanların Türkiyə də daxil olmaqla, üçüncü ölkələr vasitəsilə ABŞ-a immiqrasiya üçün müraciət edə biləcəklərini açıqlamışdı. Ankara da bu açıqlamaya Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç vasitəsilə sərt reaksiya vermişdi:

"Türkiyə olaraq ABŞ-ın ölkəmizlə məsləhətləşmədən verdiyi məsuliyyətsiz qərarı qəbul etmirik. ABŞ bu insanları ölkələrinə aparmaq istəyirsə, onları təyyarələrlə birbaşa ölkələrinə köçürmək mümkündür".

скачать dle 12.1

Şərhlər