SON DƏQİQƏ
» » Türkiyədəki yanğınlar büdcəyə nə qədər ziyan vurub?

Türkiyədəki yanğınlar büdcəyə nə qədər ziyan vurub?

Tarix:

9-08-2021, 10:20

/ 4 178 dəfə oxundu.
Türkiyədəki yanğınlar büdcəyə nə qədər ziyan vurub?

İlkin qiymətləndirmələrə görə, yanğınlar Türkiyə iqtisadiyyatına 300 milyard lira (34 milyard 800 milyon dollar) ziyan vurub. Bu haqda qardaş ölkədə yerli mətbuat xəbər yayıb. Daha konkret rəqəm isə yanğınlar tam başa çatdıqdan sonra rəsmi eskpert qiymətləndirmələri nəticəsində bəlli olacaq. Amma bütün hallarda dəymiş ziyanın məbləğı böyükdür və bu Türkiyənin mövcud valyuta ehtiyatlarının yarısından çoxunu təşkil edəcək”.

Bu fikirləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov fikir səsləndirib. O bildirib ki, qardaş ölkə bu ziyanı da kompensasiya etmək və sınaqdan çıxmaq gücünə malikdir: "Bununla yanaşı, belə gözlənilməyən ziyanlar istənilən ölkədə dövlət yığımlarını azaldır və potensial investisiya layihələrinin sayına təsir edir. Əslində, pandemiyanın təsirlərinə baxmayaraq Türkiyə 2021-ci ilə pozitiv tendensiya ilə başlamışdı. Bu ilin ilk 5 ayının yekunlarında qardaş ölkədə sənaye istehsalı indeksi illik 40.7, aylıq isə 1.3 faiz artmışdı. Ümumi Daxili Məhsul isə bu ilin birinci yarısında rekord səviyyədə 7.0 faiz böyümüşdü. Həmim müddətdə informasiya və kommunikasiya sektoru isə 18.1 faiz artaraq Türkiyə iqtisadiyyatında ən çox böyümə ilə yadda qalmışdı. Aqrar, meşə və balıqçılıq sektorunda isə 7.5 faiz böyümə qeydə alınmışdı. Bu isə ondan xəbər verirdi ki, 2020-ci ildə iqtisadi artım tempini qoruyub saxlaya bilən Türkiyədə bu ildə də iqtisadi hədəflər kifayət qədər böyük idi”.

Vüqar bayramov əlavə edib ki, yanğınların neqativ təsirlərinə rəğmən Türkiyənin daha qısa zamanda iqtisadi ziyanları aradan qaldıra biləcəyi gözlənilir. Amma bütün hallarda, qardaş ölkəyə dəyən belə ziyanlar Türkiyənin iqtisadiyyatı üçün uzun müddətli dövrdə də arzuolunan deyil.konkret.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ