SON DƏQİQƏ
» » Çavuşoğlu Azərbaycana təşəkkürünü bildirdi

Çavuşoğlu Azərbaycana təşəkkürünü bildirdi

Tarix:

5-08-2021, 12:46

/ 4 289 dəfə oxundu.
Çavuşoğlu Azərbaycana təşəkkürünü bildirdi

Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanlı yanğınsöndürənlərin Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

M. Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.

C. Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğumuzu bir daha vurğulayıb.

скачать dle 12.1

Şərhlər