SON DƏQİQƏ
» » Türkiyədə təhlükə böyüyür- Elektrik stansiyası...

Türkiyədə təhlükə böyüyür- Elektrik stansiyası...

Tarix:

4-08-2021, 10:41

/ 4 205 dəfə oxundu.
Türkiyədə təhlükə böyüyür- Elektrik stansiyası...

Muğlanın Milas rayonunda bütün səylərə baxmayaraq, günlərlə söndürülə bilməyən meşə yanğını Kemerköy İstilik Elektrik Stansiyasının 1 kilometrliyinə yaxınlaşıb.

Səlahiyyətlilər yüksək səviyyəli tədbirlərin görüldüyünü və elektrik stansiyasının ətrafında xəndəklər qazıldığını bildirib.

Yanğınsöndürmə qrupları və elektrik stansiyası rəsmiləri ərazini alovdan qorumaq üçün mübarizələrini davam etdirir. Stansiya rəsmiləri bildirib ki, İES-in partlama riski yoxdur: "Bu barədə narahatlıqlar əsassızdır. Elektrik stansiyası ilə əlaqədar ətraf mühitə zərər verəcək vəziyyət yoxdur”.

Yaxınlıqdakı sakinlər ərazidən təxliyə edilməyə başlanıb.

Milas bələdiyyə sədri Məhəmməd Tokat sosial şəbəkədə yaydığı son paylaşımında vəziyyətin ciddi olduğunu bildirib: "Bölgəyə dərhal təyyarə və ya vertolyot göndərilməlidir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ