SON DƏQİQƏ
» » Ukraynalılar Putinə cavab verdi: Eyni xalq deyilik...

Ukraynalılar Putinə cavab verdi: Eyni xalq deyilik...

Tarix:

27-07-2021, 23:43

/ 1 379 dəfə oxundu.
Ukraynalılar Putinə cavab verdi: Eyni xalq deyilik...

Ukrayna əhalisinin 55 faizi Rusiya Prezidenti Vladimir Putinin ruslar və ukraynalıların eyni xalq olmaları fikri ilə razı deyil.

GunAz.az xəbər verir ki, bu nəticə Ukrayna sosioloqlarının apardıqları sorğudan sonra ortaya çıxıb.

Sorğuya əsasən, Qərbi Ukrayna əhalisinin 75 faizi, ölkənin mərkəzi regionlarının isə 60 faizi Putinlə razı olmayıb. Respondentlərin 41 faizi isə Putinin fikirləri ilə razılaşıb. Razı olanlar əsasən Ukraynanın şərq rayonlarının əhalisi olub.

Bundan başqa, sorğuda iştirak edənlərin 75 faizi Ukraynanı Kiyev Rus dövlətinin varisi hesab ediblər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ