SON DƏQİQƏ
» » Türkiyədə vətəndaşımızın başına elə bir iş gəldi ki...

Türkiyədə vətəndaşımızın başına elə bir iş gəldi ki...

Tarix:

21-07-2021, 14:58

/ 4 182 dəfə oxundu.
Türkiyədə vətəndaşımızın başına elə bir iş gəldi ki...

Türkiyənin Antalya bölgəsinin Serik rayonunun Belek qəsəbəsində istirahət edən azərbaycanlı Faik Hacılının çantası oğurlanıb.

Azərbaycandan tətilə gedən F.Hacılı iyulun 16-da axşam saatlarında dostu Mehmet Ağıtçının iş yerinə gedib. O, içərisində 2500 TL pul, pasport və şəxsi əşyaları olan çantasını iş yerinin qarşısındakı saxlama kamerasına qoyaraq içəri keçib.

Bir neçə dəqiqə sonra çölə çıxanda çantasının yerində olmadığını görüb, panikaya düşüb. İş yerinin təhlükəsizlik kameralarının görüntülərini araşdıran Ağıtçı və Hacılı çantanı bir nəfərin oğurladığını görüb. Hacılı hadisə haqda polisə xəbər verib.

Polis kamera görüntüləri əsasında araşdırmalara başlayıb və şübhəlinin K.K. adlı otel işçisi olduğunu təsbit edib. O, saxlanılaraq həbs olunub. Əvvəllər də bir çox cinayətlərdə iştirak etdiyi müəyyən olunub. Mehmet Ağıtçı jurnalistlərə deyib ki, həmin şəxs pulları götürdükdən sonra çantanı içərisindəki sənədlərlə birlikdə dərəyə atıb.

скачать dle 12.1

Şərhlər