SON DƏQİQƏ

Hərbi təlim mərkəzində güclü partlayış

Tarix:

21-07-2021, 10:19

/ 4 166 dəfə oxundu.
Hərbi təlim mərkəzində güclü partlayış

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin təlim mərkəzində partlayış baş verib.

Yayılan məlumatlarda təlim meydançasında şəxsi heyətlə məşğələ zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində güclü partlayışın baş verdiyi bildirilir. Nəticədə hərbi hissəyə məxsus müxtəlif təyinatlı ləvazimatlar məhv olub və iki obyektə xeyli ziyan dəyib.

Xəsarət alanlar barədə məlumat gizlədilsə də, alovun yayılmasının qarşısının alınması məqsədilə hadisə yerinə bir neçə yanğınsöndürmə briqadasının cəlb olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Hadisə ilə əlaqədar Ermənistan ordusunun iki hərbi qulluqçusu həbs edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ