
Çin Henan əyalətinin Dengfeng şəhərindəki fabriklərdən birində güclü partlayış baş verib.
Bu barədə ölkənin Mərkəzi Televiziyası yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə təcili yardım və yanğından mühafizə xidmətləri səfərbər edilib.
Ölən və yaralananlarla bağlı hələlik məlumat verilir.
Hadisə yerindən lentə alınan görüntülərdə partlayışın kifayət qədər güclü olduğu, bundan sonra göbələk şəklində ağ tüstü buludunun meydana gəldiyi əks olunur.



























