
İraqın paytaxtı Bağdadda bazarda güclü partlayış baş verib.
GunAz.az xəbər verir ki, bu barədə "Şəfəq” agentliyi ölkənin təhlükəsizlik qüvvələrinə istinadla məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölənlər arasında azyaşlılar da var.



























