SON DƏQİQƏ

Ərdoğan Kıbrısla bağlı müjdəni verdi

Tarix:

19-07-2021, 20:25

/ 4 111 dəfə oxundu.
Ərdoğan Kıbrısla bağlı müjdəni verdi

Şimali Kipr (Kıbrıs) Türk Cümhuriyyətində (KKTC) yeni prezident iqamətgahı və parlament binası inşa ediləcək.

Bunu parlamentdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Məlum olduğu kimi, KKTC rəhbərliyinin uyğun bir iqamətgahı və binası yoxdur. Biz bunu KKTC-yə yaraşdırmırıq. İndi prezident iqamətgahı ilə əlaqədar hazırlanan layihə üzərində işlər bitdi və inşasına yaxında başlayırıq. Millət Baxçasını da inşa etmək istəyirik. Bu, dövlət olmağın ifadəsidir. Bunu inşallah layihəni həyata keçirəcək şəxslərə göstərəcəyik. Eyni zamanda parlament binası da inşa edəcəyik. İstəyirik ki, millət vəkillərimizin özlərini azad və rahat hiss edə biləcəkləri məkan olsun. Biz 500 hektar torpaq ayırmışıq", - Türkiyə lideri müjdəni verib.

скачать dle 12.1

Şərhlər