NATO Krımın Ukraynaya qaytarılmasına yardım edə bilər, lakin təlimlər və sammitlər buna kifayət etmir.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinin keçmiş rəhbəri, general Vasili Vovk deyib.
"Krım platforması” – toplantılar, kofe fasilələri, çıxışlar, mesajlar, millətçi şüarlar, Qərbin dəstəyi və s... Belə intellektual platforma bizə Krımı azad etməyə yardım edəcəkmi? Cavab verirəm: Xeyr!”, - deyə Vovk bildirib.
O əlavə edib ki, Ukraynaya yalnız NATO-nun hərbi müdaxiləsi yardım edə bilər.