
Çinin Jianqsu əyalətinin Suzhou şəhərində yerləşən otel binasının çökməsi nəticəsində 8 nəfər ölüb.
Mülki müdafiə qrupları 14 nəfəri dağıntılar altından çıxarıb. İtkin düşdüyü təsdiqlənən 9 nəfərin tapılması üçün isə axtarışlar hələ də davam edir.
Qeyd edək ki, mart ayında Çində COVID-19 xəstələrinin yerləşdirildiyi otelin çökməsi nəticəsində 29 nəfər dünyasını dəyişmişdi.



























