SON DƏQİQƏ

ABŞ Kubaya xəbərdarlıq etdi

Tarix:

13-07-2021, 09:00

/ 4 227 dəfə oxundu.
ABŞ Kubaya xəbərdarlıq etdi

Kuba hakimiyyətinin etirazların arxasında ABŞ-ın dayanması ilə bağlı açıqlaması ciddi səhvdir.

Bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

"Bu ondan xəbər verir ki, onlar (Kuba hakimiyyəti – red.) kubalıların səsini eşitmir”, - deyə Blinken bildirib.

Amerikalı rəsminin sözlərinə görə, Kuba əhalisi artıq repressiyalar, qida çatışmazlığı, pandemiyaya qarşı qeyri-adekvat addımlardan yorulub.

Qeyd edək ki, dünən Kubada etiraz aksiyaları başlayıb. Etirazçılar seçkinin keçirilməsi və sosial problemlərin həllini tələb ediblər.

Kuba hakimiyyəti ölkədəki kommunistləri etirazçılara qarşı çıxmağa səsləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ