SON DƏQİQƏ

Ərdoğan İsrail prezidenti ilə danışdı

Tarix:

12-07-2021, 23:20

/ 1 484 dəfə oxundu.
Ərdoğan İsrail prezidenti ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin yeni Prezidenti Yitzak Hertzoq arasında telefon danışığı baş tutub.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Telefon söhbətində Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.

Ərdoğan Hertzoqu andiçmə mərasimi münasibətilə təbrik edib.

Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyət daşıdığını vurğulayan Ərdoğan iki ölkə arasında enerji, turizm və texnologiya başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq üçün yüksək potensialın olduğunu söyləyib.

Türkiyə lideri epidemiyaya baxmayaraq ikitərəfli ticarətin həcminin artdığını və bu potensialdan faydalanmağın ortaq maraqlara xidmət etdiyini qeyd edib.

Bütün fikir ayrılıqlarına baxmayaraq, təmas və dialoqun davam etdirilməsinə əhəmiyyət verdiyini dilə gətirən Ərdoğan beynəlxalq ictimaiyyətin Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində daimi və iki dövlətli həll variantını gözlədiyini vurğulayıb.

Ərdoğan Fələstin-İsrail münaqişəsinin həllində atılacaq müsbət addımların Türkiyə-İsrail münasibətlərinin müsbət gedişinə də töhfə verəcəyini bildirib.


скачать dle 12.1

Şərhlər