
Ermənistanın Hrazdan şəhər sakini əl bombasının partlaması nəticəsində çoxsaylı yaralarla xəstəxanaya yerləşdirilib.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
42 yaşlı Lev Asryan əl bombasının partlaması nəticəsində əl-ayağından və başından qəlpə yaraları alıb.
Onun mənzilinə baxış keçirilərkən 2 ədəd F-1, 1 ədəd RGD, 3 ədəd qoruyucu, 7,62 mm çaplı 119 patron və plastik qumbara örtüyü tapıblar.
Lev Asryanın arvadı polislərə bildirib ki, əri sursatları Qarabağdakı 44 günlük müharibə zamanı əldə edib.



























