SON DƏQİQƏ
» » Moldovadakı seçkilərin ilkin nəticələri AÇIQLANDI

Moldovadakı seçkilərin ilkin nəticələri AÇIQLANDI

Tarix:

12-07-2021, 11:00

/ 3 498 dəfə oxundu.
Moldovadakı seçkilərin ilkin nəticələri AÇIQLANDI

İyulun 11-də Moldovada növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə "Fəaliyyət və həmrəylik” partiyası liderlik edir.

Seçkilərdə əsas rəqabət Moldovanın cari Prezidenti Maya Sandunun əvvəllər rəhbərlik etdiyi "Fəaliyyət və həmrəylik” partiyası ilə ölkənin keçmiş Prezidentləri – İqor Dodon və Vladimir Voroninin başçılıq etdiyi "Kommunistlər və sosialistlərin seçki bloku” arasında aparılıb.

 

Komissiya bildirir ki, seçki məntəqələrinin 97.30 %-nin səslərinin hesablanmasına görə, "Fəaliyyət və həmrəylik” partiyası səslərin 48.39 %-ni, "Kommunistlər və sosialistlərin seçki bloku” isə 29.23 %-ni toplayıb. "Şor” partiyası isə 6.15 % səs toplaya bilib.

Ekpsertlərin fikrincə, 5 %-lik baryeri keçə bilməyən partiyaların səsləri "Fəaliyyət və həmrəylik” partiyasına keçərsə, o, parlamentdə üstünlük qazana biləcək.

Qeyd edək ki, seçkilərdə 20 partiya, 2 seçki bloku və 1 müstəqil namizəd mübarizə aparıb.

Yeni parlament isə avqustun 27-də öz işinə başlamalıdır.


скачать dle 12.1

Şərhlər