
İran dəmiryolu sisteminə kiberhücum nəticəsində qatarların hərəkətində problemlər yaranıb.
Bu məlumatı "Röyter” yayıb.
Məlumata görə, hakerlər bilet kassalar və dəmiryolları idarəsinin saytının fəaliyyətini pozublar. Nəticədə ölkədəki dəmiryol vağzallarında misilsiz xaosun yarandığı bildirilib. Bununla bərabər hakerlər dəmiryol idarəsinin qaynar xəttinin nömrəsinin yerinə sayta Əli Xameneinin ofisinin nömrəsini yerləşdiriblər.