Türkiyədə yaşayan azərbaycanlı məcburi köçkünlərlə bağlı qərar veriləcək
Tarix:
8-07-2021, 11:46
/ 3 285 dəfə oxundu.
Türkiyədə məskunlaşan Azərbaycan və Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdiriləcək.
1990-2000-ci illəri arasında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Türkiyəyə köçmüş və hazırda heç bir hüquqi statusu olmayan, o cümlədən tibbi və sosial sığortası olmayan, təhsil, notarius və s. kimi haqlardan yararlanmayan Azərbaycan vətəndaşlarının hüquqi statusunun 2021-2022-ci illərdə rəsmiləşdirilməsi nəzərdə tutulur.
İşləri Türkiyə tərəfdən Xarici İşlər Nazirliyinin müvafiq idarəsi, Azərbaycan tərəfdən isə Diasporla İş üzrə Dövlət Komitəsi həyata keçirəcək.