
Rusiyanın An-26 təyyarəsi ilə əlaqə itib. Bu məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə baş idarəsi yayıb. Təyyarənin Kamçatka yarımadası yaxınlığında yoxa çıxdığı bildirilib. Təyyarədə ümumilikdə 29 nəfərin olduğu vurğulanıb.