SON DƏQİQƏ
» » Qəzaya uğrayan təyyarənin hissələri tapıldı

Qəzaya uğrayan təyyarənin hissələri tapıldı

Tarix:

5-07-2021, 23:57

/ 1 458 dəfə oxundu.
Qəzaya uğrayan təyyarənin hissələri tapıldı

ABŞ mütəxəssisləri bir neçə gün əvvəl Havay adaları yaxınlığında qəzaya uğramış təyyarənin müəyyən hissələrini aşkar ediblər.

GunAz.az xəbər verir ki, bu barədə ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası məlumat yayıb.

"Suda üzən kiçik bir neçə hissə tapılıb”, - deyə məlumatda bildirilib.

Qeyd edilir ki, tapılan hissə qəza ilə bağlı araşdırmaların daha detallı aparılmasına yardım edəcək.

Xatırladaq ki, bir müddət əvvəl "Transair” şirkətinə məxsus Boinq 737 təyyarəsi Havay adasından havaya qalxdıqdan bir neçə dəqiqə sonra suya düşərək qəzaya uğramışdı. Göyərtədə olan iki pilot isə xilas edilmişdi.


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər