
Fici adalarında 6,1 bal gücündə zəlzələ baş verib.
GunAz.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin ocağı 605 kilometr dərinlikdə yerləşib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Qeyd edək ki, dağıntı və tələfat barədə məlumat verilməyib.




























