
Bu gündən etibarən Türkiyədə koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimində yumşalmalar qüvvəyə minib.
Artıq küçəyə çıxma və şəhərlərarası səyahət qadağası bitir.
Eyni zamanda, bütün iş yerləri və kinoteatrlar açılır. Restoran-kafelərdə müştəri sayında məhdudiyyət ləğv olunur. Nikah, toy, nişan, sünnət, xına kimi mərasimlərin keçirilməsinə icazə verilir.
Həmçinin konsert, festival və s. tədbirlərinin keçirilməsi qadağası aradan qaldırılır. Canlı musiqi tədbirləri 00:00-a qədər davam edə bilər. Parklar və piknik yerləri də açılacaq.





























