
Ukrayna Qara dənizdə keçirilən "Sea Breeze-2021” hərbi təlimləri zamanı ilk dəfə olaraq "Bayraqdar TB-2” PUA-larından istifadə edib.
GunAz.az xəbər verir ki, iyunun 29-da Nikolayevdəki Kulbakino hərbi-hava bazasında "Bayraqdar TB-2” PUA-ları havaya qaldırılıb.
PUA-lar Xerson vilayətindəki Oleşkivkiy poliqonunda xüsusi tapşırıqları yerinə yetirib.
Qeyd edək ki, Qara dənizdə Ukrayna, ABŞ və 30 ölkənin iştirakı ilə iki həftəlik hərbi təlimlər keçirilir.