SON DƏQİQƏ

Panama kanalında 71 il sonra bir ilk

Tarix:

30-06-2021, 09:03

/ 4 158 dəfə oxundu.
Panama kanalında 71 il sonra bir ilk

Qlobal iqlim dəyişikliyi öz təsirini Panama kanalına da göstərib.

Dünya iqtisadiyyatında mühüm yer tutan Panama kanalı 1950-ci ildən bəri ilk dəfə tarixinin ən quraq dövrünü yaşayır.

Qeyd olunub ki, qlobal ticarətin 4 faizinin həyata keçirildiyi, Şimali Amerika ilə Cənubi Amerikanı birləşdirən 75 kilometr uzunluğunda kanalda kifayət qədər yağış yağmır və ya şiddətli yağış yağır, bu da gəmilərin keçidini çətinləşdirir.

Panama Kanal İdarəsi isə iqlim böhranından qaynaqlanan bu hadisələrin qarşısını almaq üçün təxminən 2 milyard dollara ehtiyac olduğunu bəyan edib.

Kanalın idarə rəisi Rikaurte Vasqes su probleminin həllinin prioritet olduğunu bildirib:

"Quraq aylarda kanalda su az olur, fırtına olanda isə sel-daşqını olur".

скачать dle 12.1

Şərhlər