
Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyaya işgüzar səfərə gedib.
GunAz.az xəbər verir ki, bu barədə "Ria Novosti” məlumat yayıb.
Sabah Lavrov Antalyada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.
Tərəflər beynəlxalq və ikitərəfli münasibətlərin geniş mövzularını müzakirə edəcəklər. Bundan başqa görüşdə Qafqaz, Ukrayna, Qara dəniz regionu, Suriya və Liviyadakı vəziyyət də müzakirə olunacaq



























